Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

27.10.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov çəki dərəcəsi ilə bağlı qərarını verib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, idmançı 73 kiloqram çəki dərəcəsində mübarizə aparmağa davam edəcək.

O, oktyabrın 29-dan 31-dək Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində də bu çəkidə qüvvəsini sınayacaq.

Qeyd edək ki, cüdo üzrə milli komandaların performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında Hidayət Heydərovun çəki ilə bağlı ciddi problemi olduğunu, 73 və ya 81 kiloqram çəki dərəcələri arasında seçim etməli olduğunu bildirmişdi.

Müxbir – Cavid Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью