futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan cüdoçusu Hidayət Heydərovun Bakıda keçiriləcək dünya çempionatında yarışacağı çəki dərəcəsi məlum oldu.
Futbolpress.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli yarışa hazırlıqla bağlı təşkil olunan mətbuat konfransında onun 73-kq çəki dərəcəsində yarışacağını dedi:
“Hidayət bir turnir üçün 81-kqda yarışdı. Məşqçilərlə də məsləhətləşəndən sonra qərar verdik ki, özünü bu çəkidə sınasın. Ancaq bu, o demək deyil ki, dünya çempionatında da belə olacaq. Hidayət Bakıdakı yarışda 73 kqda mübarizə aparacaq”.
Hidayət Çinin Sindao şəhərində keçirilən Qran-pridə 81 kq-da yarışıb və bürünc mükafat qazanıb.