Hidayət Heydərov DÇ üçün çəkisini dəyişməyəcək

16.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Hidayət Heydərov dünya çempionatında öyrəşdiyi 73 kq çəki dərəcəsində mübarizə aparacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli deyib.

O bildirib ki, H.Heydərov 81 kq çəki dərəcəsində yarışa qatılmayacaq: “Hidayət Heydərov 81 kq çəkidə qüvvəsini sınadı. Medal qazandı, uğurlu oldu. Amma o, dünya çempionatında ənənəvi 73 kq çəkidə mübarizə aparacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью