Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq.
Qadınlar -57 kq
1/32 final Xədicə Qədəşova – Janar Joldosyeva.
Kişilər -73 kq
1/32 final Hidayət Heydərov – Akil Qyakova;
1/16 final Rəşid Məmmədəliyev – Adil Osmanov / Castin Lemir cütünün qalibi ilə.
Təsnifat mərhələsi – 10:30.
Final bloku – 18:00.
Canlı yayım: CBC Sport, Judo TV.
***
73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü keçirib. O, 1/32 finalda Akil Qyakova (Kosovo) ilə qarşılaşıb və qələbə qazanıb. O, 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə ilə üz-üzə gələcək.