Hidayət Heydərov millinin heyətindən çıxarıldı AÇ yə getməyəcək

22.04.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub. 

“Qafqazinfo” xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью