Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı

30.10.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində fəxri kürsüyə yüksəlib.

QOL.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi İrakli Qoqinaşviliyə qalib gəlib.

Beləliklə, Heydərov turniri bürünc medalla başa vurub. Bu, Azərbaycan millisinin Əbu-Dabi Böyük Dəbilqəsində qazandığı dördüncü medal olub.

Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью