Hidayət Heydərov yenə ilk görüşdə uduzdu

13.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Peruda keçirilən cüdo üzrə Qran-pri turnirində Olimpiya çempionu Hidayət Heydərov ilk görüşündə uduzub.

İdman.Biz-in məlumatına görə, püşkatmaya əsasən, idmançımız birinci mərhələdən azad olunub. Lakin ikinci mərhələdə ilk görüşündə 20 yaşlı fransalı Dayan Bulemtafa məğlub olaraq turniri başa vurub.

Qeyd edək ki, bu, Heydərovun ardıcıl ikinci dəfə ilk görüşdə məğlubiyyətidir. Daha əvvəl, bu ilin iyun ayında Budapeştdə keçirilən dünya çempionatında o, ilk çıxışında 22 yaşlı Otari Kvantidzeyə (Portuqaliya) uduzaraq dünya çempionu titulunu itirib.

Vüqar Vüqarlı

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью