Apasport saytına istinadən Icma.az xəbər verir. Qvadalaxara Qran-prisində qızıl medal qazanan Azərbaycanın olimpiya çempionu Hidayət Heydəro
Apasport.az xəbər verir ki, idmançı çıxışını belə dəyərləndirib: "Özümü əla hiss edirəm.
Elə bil hər şeyi sıfırdan başladım və bundan sonra davamı gələcək. Bu, idman formasını itirdiyim ilk dəfə deyil.
Uğurdan sonra bəzən uğursuzluğa düçar oluram, amma sonra yenidən zirvəyə qayıdıram.
Hətta dünya çempionatında uduzanda da bilirdim ki, yenə zirvəyə qayıdacağam.
Peşəkar idmanda enişlər və yüksəlişlər olur - sən ya zirvədəsən, ya da enişdəsən. Sözün açığı, mən eniş dövrünə görə çox da narahat olmuram.
Mən olimpiya, dünya və Avropa çempionuyam və yenidən qayıdacağıma əminəm.
Bütün bu tənqidlər isə məni sadəcə motivasiya edir – mən bunu sevirəm".