Hidayət Heydərovla bağlı pis xəbər

22.04.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Avropa çempionatında çıxış edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Federasiyanın mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.

Onu Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23 – 27 apreldə Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək. Mötəbər yarışda Azərbaycanı 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью