futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində çəkisi uyğun olmadığı üçün iştirak etməyib. Xəbər çıxdı ki Cüdo federasoyası da onu cəzalandırıb.
Son olimpiya çempionumuz… Hansı ki, nəhayət, ilk dəfə ikiqat olimpiya çempionu ola biləcəyinə emid bəslədiyimiz bir ad…
Hidayət çəki verə bilməməyinə görə ən azı olimpiya çempionluğundan utanmalıdır.
Ümumiyyətlə, əksər olimpiya mükafatçılarımızın bu uğurdan sonra karyerasında eniş yaşaması bilinən məsələdir. Buna əsas səbəb kimi olimpiya medallarına görə böyük məbləğdə maliyyə mükafatının verilməsi, geniş imtiyazlar və s. göstərilir. Qəbulolunan və reallığı əks etdirən arqumentdir.
Lakin bu mükafat nə qədər böyük olur-olsun, idmançının “boşalması” peşəkarlığa xəyanətdir. Minbir əziyyətlə qazanılan o uğur da dəyərdən, hörmətdən düşür.
Ən pisi odur ki, bu mənfi tendensiyaya son qoya biləcək bir ciddi nümunəmiz yoxdur.
Hidayətə ümid böyük idi, o da belə…
Kamil Əhməd