Hidayət Məmmədov: Cəfər Cabbarlı” stansiyasında təmir işləri başa çatmaq üzrədir AZƏRTAC

26.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 noyabr, AZƏRTAC

“Cəfər Cabbarlı” stansiyasında təmir işləri başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyada artıq örtük elementləri quraşdırılır.

“Cəfər Cabbarlı stansiyasının növbəti dövrlərdə xətlərin ayrılması ilə bağlı ən vacib stansiyalardan biri olmasını nəzərə alaraq köklü şəkildə bütün təmir işləri həyata keçirilib. Qısa zamanda işlər yekunlaşdırılaraq stansiya sərnişinlərin istismarına veriləcək”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью