futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə start götürən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycanın titullu idmançısı növbəti mərhələyə adlayıb.
Futbolpress.az xəbər verir ki, 73 kq çəki dərəcəsində qüvvəsini sınayan olimpiya çempionumuz Hidayət Heydərov ilk qarşılaşmasında rumıniyalı Bors Dumitresku ilə üz-üzə gəlib.
Gərgin keçən duel rəqibin qızıl xalda məğlub edilməsi ilə yekunlaşıb və təmsilçimiz 1/8 finala yüksəlib.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medala sahib çıxıblar.