Hidroqovşaqda təmir işləri aparılır FOTOLAR | Icma.az
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq. Mil-Muğan Hidroqovşağı 1972-ci ildə Azərbaycan və İran İslam Respublikası tərəfindən Ara
Hidroqovşaq vasitəsilə hər iki tərəfdə 250 min hektara yaxın ərazi suvarma suyu ilə təmin edilir.
Bu barədə "Unikal"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, bu sahələrin suvarılmasını Mil-Muğan Hidroqovşağının İstismarı İdarəsi həyata keçirir.
İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün Baş-Mil kanalı vasitəsilə hidroqovşaqdan götürülən su Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları ilə ətraf rayonların əkin sahələrinə ötürülür.
Hazırda Hidroqovşaqda işlər günün tələblərinə uyğun olaraq davam edir.
İdarə tərəfindən ötən ildə 28 ədəd hidrotexniki qurğu, o cümlədən 17 ədəd hidroqovşaqda, 11 ədədi isə Yuxarı Mil Kanalında təmir edilib.
Bundan başqa Yuxarı Mil və Baş Mil kanalında 2.5 km hissənin çökmüş və dağılmış hissəsi betonlanıb.
Tam oxu
Xəbəri oxu