Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

09.11.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xankəndi, 9 noyabr, AZƏRTAC

Biz mühüm tarixi Zəfər əldə etmişik. Bu Zəfərin yaratdığı milli qürurun gənc nəslə ötürülməsi bizim əsas vəzifələrdən biridir. Azərbaycan Prezidenti qeyd edib ki, gələcək nəsillər də tarixi Zəfərlə fəxr edəcəklər.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Xankəndi şəhərində keçirilən “Zəfər nəsli” gənclər düşərgəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Zəfərin yaratdığı milli qürur xalqın mənəvi dəyərlərinə və milli xarakterinə çevrilməlidir. Gənclər və İdman Nazirliyinin təşkil etdiyi düşərgənin məqsədi də Zəfər tarixini, Zəfərə qədər gəldiyimiz yolun çətinliklərini gənc nəslə çatdırmaqdır.

Deputat vurğulayıb ki, müasir dövrdə gənclərin ideoloji baxımdan hazırlıqlı olması, Vətən müharibəsinin tarixi və Zəfərin əldə olunması barədə dolğun məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan Prezidenti çıxışlarının birində ideoloji müharibə aparıldığını qeyd edib. Bu baxımdan belə tədbirlərdə və düşərgələrdə gənclərimiz həm ideoloji cəhətdən yetkinləşir, həm də əfsanə yaradan qazilərimizin iştirakı ilə müharibə və Zəfəri necə əldə etdiyimiz barədə birbaşa məlumat alırlar. Eyni zamanda, qarşıdakı mərhələyə necə hazırlaşmaq barədə biliklər qazanırlar”, – deyə H.Babaoğlu bildirib.

“Azərbaycan bu gün güclüdür və gələcəkdə daha da güclü olmalıdır. Zəfər nəslinin vəzifəsi bu estafeti gələcəyə daşımaqdır. Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik ki, Azərbaycan torpaqları bir daha işğal altına düşməsin”, – deyə deputat əlavə edib.

Müxbir-Mikayıl Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью