Hikmət Babayev vəzifəsindən azad edildi

23.01.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın gənclər və idman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Hikmət Babayev müşavir vəzifəsindən azad olunub.
 

Nazirin digər əmri ilə Hikmət Babayev idman komplekslərindən birinə direktor müavini təyin edilib.


Qeyd edək ki, Hikmət Babayev 2023-cü ildən sözügedən vəzifədə çalışırdı.
Onu da bildirək ki, Hikmət Babayev mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью