Hikmət Hacıyev Abdullah Ereni qəbul edib FOTO

30.10.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Bu barədə TİKA sədri paylaşım edib.

Onun sözlərinə görə, görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb: "Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu səylər ortaq tariximizin, mədəniyyətimizin, ruh birliyinin təzühürüdür. Qarşıdakı dövrdə də eyni əzmlə layihələri davam etdirəcək, əlaqələrimizi daha da gücləndirəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью