Bizim media saytına istinadən Icma.az xəbər verir.
“ABŞ-nin İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycan tərəfində narahatlıq yaradır. Vəziyyət proqnozlaşdırılmazdır və bütün potensial təhdid və çağırışları qiymətləndirmək olduqca çətindir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib.
“Biz bu məsələni ABŞ ilə müzakirə etmirik və onlar bu mövzu ilə bağlı heç vaxt bizimlə əlaqə saxlamayıblar”, — deyə o əlavə edib.
Onun sözlərinə görə, son günlərdə Azərbaycan rəsmiləri iranlı həmkarları ilə danışıqlar aparıblar: “İranda təhlükəsizliklə bağlı vəziyyət Azərbaycanın dərhal müdaxiləsini tələb etmir, çünki rəsmi Bakı hər zaman digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinir.
“Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir: bir tərəfdə Rusiya–Ukrayna müharibəsi, digər tərəfdə isə ABŞ-nin iştirakı ilə İsrail və İran arasındakı qarşıdurma”, — deyə H. Hacıyev yekunlaşdırıb.
Bizim.Media