Hikmət Hacıyev Akif Çağatay Kılıç ilə GÖRÜŞDÜ

25.02.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ilə görüşüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətlərinə diqqət çəkilib, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью