Hikmət Hacıyev: “Azərbaycan COP29a ev sahibliyi etməyə tam hazırdır” VİDEO

05.11.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) hazır olduğuna dair paylaşım edib.
Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi özünün “X” hesabında “Euronews”in bununla bağlı süjetini paylaşıb.
 

MÖVZU İLƏ BAĞLI:
80-dən çox dövlətin lideri BAKIYA GƏLƏCƏK


“Azərbaycan COP29-a ev sahibliyi etməyə tam hazırdır. “Euronews”in Bakıdan yeni reportajı”, - deyə H. Hacıyev qeyd edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-22 tarixlərində Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью