Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Enerji resursları ilə zəngin Azərbaycan Cənubi Qafqazda özünü İran və Rusiya arasında "iki dünya müharibəsi arasında" sıxılmış kimi hiss edir"
Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The National" nəşrinə müsahibəsində bildirib.
O, Rusiya-Ukrayna müharibəsi, İsrail-İran münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, eyni zamanda ABŞ-nin regionda iştirakı məsələləri barədə danışıb.
H.Hacıyev bildirib ki, Azərbaycan regionda baş verən gərginlikdən narahatlıq keçirsə də, bu mövzuda rəsmi Vaşinqtonla danışıqlar aparmayıb.
"Biz bu məsələni Birləşmiş Ştatlarla müzakirə etmirik, eləcə də onlar heç zaman belə bir mövzunun müzakirəsi üçün bizə müraciət etməyiblər", - o deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan rəsmiləri son günlərdə iranlı həmkarları ilə əlaqə saxlayıblar, lakin bu ölkədəki təhlükəsizliklə bağlı vəziyyət "Azərbaycan tərəfinin təcili müdaxiləsini tələb etmir, çünki biz həmişə digər ölkələrin daxili işlərinə qarışmırıq".