Hikmət Hacıyev: Azərbaycan İranın daxili işlərinə qarışmamaq siyasətinə sadiqdir

15.09.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan İranla bağlı məsələlərin sülh yolu ilə həllinin mümkün olduğuna inanır.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “NewsMax”a müsahibəsində bildirib.

O qeyd edib ki, regionda gərginliyin artmasına baxmayaraq, diplomatik həll üçün imkanlar qalır:

"Biz bütün həllini tapmamış məsələlərin sülh yolu ilə həlli üçün daha böyük imkanların olduğuna inanırıq. Azərbaycan danışıqları dəstəkləyir və gərginliyin azaldılması istiqamətində səylərə töhfə verməyə hazırdır".

H.Hacıyev qeyd edib ki, ABŞ və İran arasında imzalanmış anlaşma memorandumu gələcəkdə sülh üçün çərçivə yarada bilər:

"Regionumuz üçün proqnozlaşdırıla bilən vəziyyət əsas məsələdir".

Prezidentin köməkçisi Azərbaycanın İranın daxili işlərinə qarışmamaq siyasətini də davam etdirdiyini bildirib.

O, Azərbaycanın qonşu ölkədə sülh, əmin-amanlıq və sabitliyin təmin olunmasını istədiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью