Hikmət Hacıyev: Azərbaycan müstəqil qərarlar verən dövlətdir

05.08.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə mətbuatında yayılan bir müsahibə Bakı-Ankara münasibətləri fonunda diqqət çəkən müzakirələrə səbəb olub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün rəsmi “X” (Tvitter) hesabında paylaşım edərək, “Türkiye Gazetesi”ndə dərc olunan reportajda ona aid edilən bəzi fikirlərin düzgün təqdim olunmadığını bildirib.

O deyib ki, Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüş keçirilib.

Hikmət Hacıyev yazıb ki, “Türkiye" qəzetinin jurnalisti Yılmaz Bilgenin 5 avqust 2026-cı il tarixində dərc etdirdiyi müsahibədə ona aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib.

Hikmət Hacıyev vurğulayıb ki, həmin məqalədə ona istinadən verilən bir sıra ifadələr düzgün deyil.

Prezidentin köməkçisi paylaşımında bir daha bildirib ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür.

Xatırladaq ki, bu gün “Türkiye" qəzetində Hikmət Hacıyevlə müsahibə yayımlanıb. Müsahibədə Hikmət Hacıyevin fikirləri təhrif edilmiş şəkildə yayımlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью