Hikmət Hacıyev Azərbaycanın İranla bağlı casusluq iddialarını təkzib edib

13.06.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bəzi KİV və sosial şəbəkələrdə Bakıya qarşı yayılan ittihamlar tamamilə əsassızdır".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Söhbət Azərbaycanın guya İsrail adından etnik azərbaycanlıları agent kimi cəlb edərək İranda yerləşdirməsi ilə bağlı şayiələrdən gedir.

"Bu absurd və uydurma ittihamların reallıqla heç bir əlaqəsi yoxdur və məqsədli şəkildə dezinformasiyadan başqa bir şey deyil", - H.Hacıyev vurğulayıb.

O əlavə edib ki, Azərbaycan bu cür saxta və əsassız bəyanatları qətiyyətlə rədd edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью