Hikmət Hacıyev COP29la bağlı boykot çağırışları edənləri ifşa etdi VİDEO | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib.
“COP29-u boykot etməklə bağlı çağırışlarla əlaqədar tövsiyə edərdim ki, ətrafa baxasınız.
Bu gün bu tədbirdə 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib.
Bunun da mütləq əksəriyyətini – 60 mindən çoxunu xaricilər təşkil edir.
Bu, bəzi təşkilatların COP29-u boykotla bağlı çağırışlarına uyğun gəlmir.
Tam oxu
Xəbəri oxu