Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul edib | Icma.az
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul edib.
APA xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Məhəmməd Faysalı qəbul edib.
Görüş zamanı siyasi, iqtisadi, ticarət və tranzit əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu