Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla görüşüb.Reyting.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi paylaşım edib: “Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim.
Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik”.
Ana səhifəyə dön Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.