Hikmət Hacıyev həbsdəki jurnalistlərlə bağlı suala cavab verib

12.11.2024

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev həbsdə olan jurnalistlərlə bağlı suala cavab verib.

Gununsesi.info-nun xəbərinə görə, jurnalistlərə açıqlamasında Hacıyev bildirib ki, Azərbaycanda qanunun aliliyi və media azadlığı təmin olunub: “Əgər kiminsə həbsindən söhbət gedirsə, burada qanunun aliliyindən danışaq.  Söhbət saxlanılan şəxslərin jurnalits olmasından getmir.  Kiminsə jurnalist olması onun qanundan üstün,  yaxud da qanundan kənar imtizayzlara sahib olması demək deyil. Mən konkret rəqəmlər də səsləndirə bilərəm. Böyük məbləğdə  qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Burada  bir neçə fundamental əsaslı epizadlar üzrə qanunların pozulması halları var” .

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью