Hikmət Hacıyev həmin telekanalla bağlı paylaşım etdi FOTO

05.11.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ANEWZ beynəlxalq televiziya kanalını fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

Globalinfo.az bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi bu barədə özünün “X” hesabında yazıb.

O, kanala qlobal məsələlərə regional fokusla alternativ perspektivlər, xəbər və məlumat mənbəyi təmin etmək səylərində uğurlar arzulayıb.

“Kanal öz peşəkar komandası və rəqəmsal platformaları ilə bir çox rəqabət üstünlüklərinə malikdir”, – deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью