Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb

09.12.2024

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İkitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İsxaq Hersoq ilə görüşüb.

AYNA xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью