Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb AzPolitika onlayn siyasiictimai qəzet

09.12.2024

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Prezidenti İsaak Hersoqla görüşüb.

"Report" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Prezidentin köməkçisi İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

İsrail Prezidenti isə öz növbəsində minnətdarlığını bildirib və onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional məsələlər müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью