Hikmət Hacıyev İsrailin XİN başçısı ilə regional vəziyyəti müzakirə edib

09.12.2024

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə ikitərəfli əlaqələri müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman məlumat verib.

L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью