Hikmət Hacıyev Litva səfiri ilə GÖRÜŞDÜ

30.09.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Litvanın ölkəmizdəki səfiri Kestutis Vaskelyaviçyus ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Kestutis Vaskelyaviçyus sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, dəyişən geosiyasi mənzərədə regional təhlükəsizlik və Litva-Azərbaycan əlaqələrinin dərinləşdirilməsi imkanları üzrə açıq dialoq yüksək qiymətləndirilir:

"Güclü əlaqələr və qarşılıqlı anlaşma hər zamankindən daha vacibdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью