Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndələri ilə görüşüb

12.12.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyətininin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb.

"Cebheinfo.az" xəbər verir ki, PA rəsmisi bu barədə "X" hesabında paylaşım edib.

"NATO Müdafiə Kollecinin nümayəndə heyətini Bakıda ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunam", -deyə o, paylaşımda qeyd edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью