Hikmət Hacıyev NATO nümayəndələri ilə görüşdü

12.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyətininin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, PA rəsmisi bu barədə "X" hesabında paylaşım edib.

"NATO Müdafiə Kollecinin nümayəndə heyətini Bakıda ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunam", - o, paylaşımda qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью