Hikmət Hacıyev NATO nümayəndələri ilə müzakirələr ETDİ

12.12.2024

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb.

Redaktor.az xəbər verir ki, PA rəsmisi bu barədə "X" hesabında paylaşım edib.

"NATO Müdafiə Kollecinin nümayəndə heyətini Bakıda ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunam", - o, paylaşımda qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью