Hikmət Hacıyev NATO nümayəndələrini Azərbaycanın xarici və təhlükəsizlik siyasəti barədə məlumatlandırıb

12.12.2024

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, PA rəsmisi bu barədə "X" hesabında paylaşım edib.

"NATO Müdafiə Kollecinin nümayəndə heyətini Bakıda ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunam", - o, paylaşımda qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью