Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə GÖRÜŞDÜ

01.02.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranda səfərdədir.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" səhifəsindəki paylaşımında qeyd edib.

O, İran Prezidenti Məsud Peşekianın müşaviri Mehdi Sənayi ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью