Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq. "Operativ Media"nın xəbərinə görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev
Avropa jurnalistikasının və media standartlarının belə aşağı səviyyəyə düşməsi, yumşaq desək, biabırçılıqdır.
Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan heç bir qaz idxal etməyib.
Azərbaycanın qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür.
Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək.
Biz "Politico"dan üzr istəməsini və bu saxta məqaləni geri götürməsini tələb edirik".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.