Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. ABŞ Prezidenti Donald Trampın rolu fundamental idi, bu, Ermənistan–Azərbaycan sülh prosesində
APA xəbər verir ki, bunu Qətərdə keçirilən Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət
“Azərbaycan və Ermənistan son beş ildə sülh gündəliyi üzərində çalışırdı. Mən də erməni həmkarımla çoxsaylı görüşlərdə iştirak etmişəm.
Bəli, bəzən müzakirələr çətin idi, razılaşmadığımız məqamlar olurdu.
Amma Azərbaycan təşəbbüs göstərdi və masa üzərinə real sülh sazişi mətni və sülhün beş əsas prinsipini qoydu.
Prezident Trampın və onun komandasının prosesə daxil olması ilə biz anladıq ki, ABŞ beynəlxalq sülh gündəminə tam sadiqdir.
Biz də sülhün geri dönməz olması üçün ABŞ-ın güclü siyasi çəkisinə və təminatına ehtiyac duyurduq.
Fevraldan başlayaraq ABŞ-la intensiv təmaslara başladıq. ABŞ həm Ermənistan, həm Azərbaycanla paralel işləməyə başladı.