Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri ilə bağlı paylaşım edib.
Ölkə.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında məlumat verib.
“Bakıda akkreditə olunmuş diplomatik korpusla Füzuli hava limanına endik. Şuşaya və Xankəndiyə gedirik. Qarabağ Universitetinə və Xankəndidəki tələbələrə baş çəkəcəyik. Qarabağın və Şərqi Zəngəzurun münaqişədən sonra yenidən qurulması və transformasiyası heyranedicidir!”,- deyə H.Hacıyev qeyd edib.
Həmidə İbrahimova