Hikmət Hacıyev: Təəssüflə qeyd edim ki, Ermənistan COP29da iştirak etmir | Icma.az
Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hikmət Hacıyev: "Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir" "Təəssüflə qeyd edim ki, Ermənistan COP29-da iştirak etmir" Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.
"Azərbaycan konvensiyanın üzvü olaraq, bütün tərəflərə dəvət göndərib", - deyə o qeyd edib.
O əlavə edib ki, COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndənin qeydiyyatı həyata keçirilib və bunların əksəriyyəti - 60 mini xarici qonaqlardır: "Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib".
Qeyd edək ki, noyabrın 11-də Bakıda COP29 tədbiri start götürüb.
190-a yaxın ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbir noyabrın 22-də başa çatacaq.
Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu