Hikmət Hacıyev Təl Əvivdə Hertoq Forumunda çıxış etdi FOTO

20.02.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Təl-Əvivdə Hertoq Forumunda çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Mənbə qeyd edir ki, o, çıxışı zamanı Azərbaycanın xarici siyasətinə, Azərbaycan-İsrail tərəfdaşlığının gələcək perspektivlərinə toxunub.
Xatırladaq ki, dünən İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
Tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin regional hadisələri müzakirə ediblər.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью