Hikmət Hacıyev televiziya işçilərini TƏBRİK ETDİ

14.02.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün – 14 fevral Azərbaycanda televiziya yayımına başlanıldığı gündür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşım edib.

O qeyd edib ki, 1956-cı ilin məhz bu günündə Şərqdə ilk televiziya ölkəmizdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxaraq xalqımızın siyasi və mədəni həyatında yeni bir mərhələ açıb.

"Bu gün televiziya kanallarımız məzmun və format baxımından daim yenilənir, təqdim olunan hər verilişdə, hər videosüjetdə yaradıcı kollektivin peşəkarlığı və zəhməti aydın hiss olunur. Bu əlamətdar gün münasibətilə televiziya işçilərini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram", - Hikmət Hacıyev bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью