Hikmət Hacıyev türkiyəli səfiri diplomatik fəaliyyətinin başa çatması münasibətilə QƏBUL ETDİ FOTO

24.01.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçını ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bağçı özünün X hesabında paylaşım edib.
“Biz Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə sağollaşdıq.
Diplomatik fəaliyyətim boyu onunla tez-tez təmasda olmuşam, birlikdə Qarabağın işğaldan azad edilmiş hər bir guşəsini gəzmişik.
Dörd illik fəaliyyətim ərzində ən intensiv ziyarət etdiyim 602 nömrəli otaqda uzun-uzadı görüşlərimiz, məsləhətləşmələrimiz olub. Mən ona hər zaman səmimi və açıq yanaşma nümayiş etdirdiyinə, yaxın əməkdaşlığa və səylərimizə dəyərli töhfəsinə görə təşəkkür etmək istərdim”, - Bağçı sosial şəbəkədə yazıb.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью