Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Bakıvaxtı.az xəbər verir ki, Hikmət Hacıyev ulu öndərin məzarı önünə gül dəstəsi qoyaraq xatirəsinə ehtiramını ifadə edib.
Ziyarət zamanı Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və beynəlxalq nüfuzunun artırılması istiqamətindəki xidmətləri yad olunub.
Zeynəb Rzayeva