Hikmət Hacıyev və Armen Qriqoryan Yunanıstanda görüşəcəklər

21.04.2026

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hikmət Hacıyev və Armen Qriqoryan Yunanıstanda görüşəcəklər


Sabah Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçirilən iqtisadi forum çərçivəsində panel müzakirəsi çərçivəsində görüşəcəklər. Oxuməni.az xəbər verir ki, tədbir barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat verib.
Forum Yunanıstanın Delfi şəhərində keçiriləcək. Hikmət Hacıyev və Armen Qriqoryanın iştirak edəcəyi panel müzakirəsi "Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlığın artırılması" adlanır.
Qriqoryan və Hacıyevdən əlavə, paneldə Yunanıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Tanos Dokos və Moldova Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Stanislav Sekryeru da iştirak edəcəklər.
Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью