Hikmət Hacıyevdən maraqlı paylaşım VİDEO KONKRET

09.12.2025

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bratislavadan maraqlı görüntülər paylaşıb.

KONKRET.az xəbər verir ki, H.Hacıyevin “X” sosial şəbəkəsində paylaşdığı videoda hərbi orkestrin Azərbaycan mahnısı ifa etdiyi görünür.

“Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı Baş nazir Robert Fitsonun təşkil etdiyi qəbulda hərbi orkestr slovak ənənəvi musiqi aləti olan simbalda böyük peşəkarlıqla “Qurban olum, Azərbaycan” mahnısını ifa edir”, – videonu müşayiət edən şərhdə yazılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью