Hikmət Hacıyevdən yeni telekanalla bağlı paylaşım

05.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ANEWZ beynəlxalq televiziya kanalını fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi özünün "X" hesabında yazıb.

O, kanala qlobal məsələlərə regional fokusla alternativ perspektivlər, xəbər və məlumat mənbəyi təmin etmək səylərində uğurlar arzulayıb.

"Kanal öz peşəkar komandası və rəqəmsal platformaları ilə bir çox rəqabət üstünlüklərinə malikdir", - deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью