Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq. Bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri oldu.
Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq, bunu adi bir səfər kimi də qiymətləndirmək olardı.
Amma səfər dövründə Suriyada cərəyan edən proseslərə diqqət yetirdikdə, məsələnin belə bəsit izahı üçün əsas olmadığı aydın görünür.
Məlumdur ki, son 10 gündə Suriyada gedən proseslər həm Bəşər Əsəd rejiminin süqutu, həm də İran və Rusiyanın bu ölkədən çıxarılması ilə nəticələndi.
Bir tərəfdən qardaş Türkiyə, digər tərəfdən də dost İsrail faktiki olaraq Suriyada həmsərhəd oldular.
Təbii ki hazırda Türkiyə ilə İsrail arasında mövcud gərginlik səbəbindən bəzi analitiklər bu iki ölkə arasında toqquşmanın baş verəcəyini də ehtimal etdilər.
Buna görə də düşünürəm ki, Hikmət Hacıyevin İsrailə səfəri zamanı üzərinə qoyulmuş vəzifələrdən biri də anlaşılmazlığın yaranmaması və mümkün insidentlərə yol verilməməsi üçün Türkiyə və İsrail arasında vasitəçilik missiyası olub.
Xatırlatmaq istərdim ki, Qəzza bölgəsində məlum 7 oktyabr hadisələrinə qədər məhz Azərbaycanın vasitəçiliyi ilə Türkiyə-İsrail münasibətlərində normallaşma yaranmışdı.