Hikmət Hacıyevlə Simonyanın Dublində diqqət çəkən görüşü VİDEO

12.11.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


İrlandiyanın paytaxtı Dublində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın təhlükəsizlik şurasının katibi Alen Simonyan arasında ayaqüstü görüş olub.

"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, hər iki ölkənin rəsmiləri Avropa Siyasi Birliyinin IX Zirvə toplantısı çərçivəsində söhbət ediblər.

Noyabrın 12-də Dublində keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirlər.

Toplantının əsas mövzuları Avropanın təhlükəsizliyi, müdafiə imkanlarının gücləndirilməsi, iqtisadi rəqabətlilik və enerji məsələləridir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью